Ermənistanda icra nümayəndəsi güllələnib

Ermənistanda icra nümayəndəsi güllələnib
# 02 aprel 2013 15:17 (UTC +04:00)

Bakı-APA. Ermənistanın Kotayk vilayətinin Proşyan kəndinin icra nümayəndəsi Qraç Muradyanın meyiti tapılıb. APA-nın “Novosti-Armeniya”ya istinadən yaydığı məlumata görə, icra nümayəndəsi gicgah nahiyəsindən aldığı güllə yarası nəticəsində dünyasını dəyişib. Qatilin şəxsiyyəti müəyyənləşməyib.

Kənd sakinləri iki atəş səsi eşitdiklərini bildirsələr də, hadisə yerindən gilizlər tapılmayıb. İcra nümayəndəsinin peşə fəaliyyəti ilə əlaqədar qətlə yetirildiyi güman olunur. Qeyd edək ki, Qraç Muradyan “Daşnaksütyun” partiyasının nümayəndəsidir. Onun qubernator Kovalenko Şahgəldiyanla münasibətlərinin soyuq olduğu vurğulanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR