Seyid Yəhya Bakuvinin “Şəfaül Əsrar” kitabının ikinci nəşrinin təqdimatı keçirilib - FOTOSESSİYA

Seyid Yəhya Bakuvinin “Şəfaül Əsrar” kitabının ikinci nəşrinin təqdimatı keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 20 aprel 2013 10:25 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva – APA. Şirvanşahlar Sarayında Azərbaycan filosofu və şairi, xəlvətilik təriqətinin qurucularından olan Seyid Yəhya Bakuvinin “Şəfaül Əsrar” kitabının ikinci nəşrinin təqdimatı keçirilib.

APA-nın xəbərinə görə, Seyid Yəhya Bakuvinin vəfatının 550 illiyi ilə əlaqədar təşkil edilən tədbirdə çıxış edən millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmaları İnstitutu İB-nin sədri Qənirə Paşayeva bildirib ki, UNESCO tərəfindən 2013-cü il “Seyid Yəhya Bakuvi ili” elan olunub: “Bakuvinin vəfatının 550 illiyinin UNESCO tərəfindən qeyd olunması çox böyük hadisədir. Bakuvi XV əsr sufilik məktəbinin, təsəvvüf nəzəriyyəsinin ən böyük nümayəndələrindən olub. Təsəvvüf nəzəriyyəsinə aid Azərbaycan dilində ilk və ən mükəmməl əsər olan “Şəfaül Əsrar”ı yazan da Bakuvidir. Onun bu əsəri çox təəssüf ki, uzun illər ərzində it-bata düşüb. Lakin Anadoludan olan müridlərinin səyi nəticəsində “Şəfaül Əsrar” əsərinin bir nüsxəsi Süleymaniyyə kitabxanasında saxlanılıb. Məhz həmin nüsxə əsasında kitab yenidən işlənilib. Biz Bakuvini geniş şəkildə öyrənməli və yaymalıyıq. Bakuvi irsi dünyanın müxtəlif yerlərinə yayılıb. Xəlvətilik təriqəti 40-dan artıq qolla dünyanın hər yerinə yayılmış bir məktəbdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR