«Muğan Bank» nizamnamə kapitalını artırır

«Muğan Bank» nizamnamə kapitalını artırır
# 28 fevral 2013 09:51 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Muğan Bank» ASC-nin adi sənədsiz adlı səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 200 manat, sayı 15 min ədəd, emissiyanın ümumi həcmi isə 3 mln. manat təşkil edir. Əlavə səhmlərin yerləşdirilməsi başa çatdıqdan sonra, bankın nizamnamə kapitalı 8% artaraq 40,306 mln. manata çatacaq.

Qeyd edək ki, «Muğan Bank» ASC 1992-ci ildən fəaliyyət göstərir. Cari ilin yanvarın 1-nə bankın aktivlərinin həcmi 291,808 mln. manat, kredit portfeli 202,897 mln. manat, depozit portfeli 161,167 mln. manat, məcmu kapitalı 45,070 mln. manat, o cümlədən nizamnamə kapitalı 37,306 mln. manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR