Azərbaycanın bəzi yerlərində havanın temperaturu 38 dərəcəyə yüksələcək - VİDEO

Azərbaycanın bəzi yerlərində havanın temperaturu 38 dərəcəyə yüksələcək - <span style="color: red;">VİDEO
# 15 iyul 2014 09:44 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında bildirib ki, şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25, gündüz 30-35 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-60 faiz təşkil edəcək.

Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh çimərliklərində dəniz suyunun temperaturu 23-24, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovna çimərliklərində 24-25, Türkan, Hövsan, Şıx, Sahil çimərliklərində 25-26 dərəcə isti təşkil edəcək.

Sabah Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti müşahidə olunacağı, lakin gecə və axşam bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Mülayim-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 33-38, dağlarda gecə 11-16, gündüz 23-28 dərəcə isti olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR