Bakı–Qazax yolunda ağacın aşması sürücünün faciəvi ölümünə səbəb olub

Bakı–Qazax yolunda ağacın aşması sürücünün faciəvi ölümünə səbəb olub
# 09 aprel 2013 21:46 (UTC +04:00)

Bakı-APA. Bakı–Qazax yolunda hərəkətdə olan avtomobilin üstünə ağac aşıb, sürücü hadisə yerində ölüb. APA-nın FHN-nin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Bakı–Qazax yolunun 400-cü kilometrliyində Şəmkir rayonu ərazisində 1962-ci il təvəllüdlü Mehdiyev Lətif Musa oğluna məxsus "VAZ" markalı minik avtomobili hərəkətdə olarkən yol kənarındakı ağac onun üzərinə aşıb. Nəticədə avtomobil idarəetməni itirərək yolun kənarına yuvarlanıb. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, avtomobilin sürücüsü ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib.

Yanğınsöndürən-xilasedicilər deformasiya uğramış avtomobildən sürücünün meyitini təhlükəsizlik qaydalarına riayət olunmaqla xüsusi alət və avadanlıqlar vasitəsi ilə çıxararaq aidiyyəti üzrə təhvil verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR