Ənvər Məmmədxanlının 100 illik yubileyi qeyd olunacaq

Ənvər Məmmədxanlının 100 illik yubileyi qeyd olunacaq
# 19 aprel 2013 09:06 (UTC +04:00)

Bakı. Xanım Nağıyeva - APA. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında xalq yazıçısı, nasir, dramaturq, ssenarist və tərcüməçi Ənvər Məmmədxanlının 100 illik yubiley tədbiri keçiriləcək.

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yubileydə dövlət, elm, mədəniyyət və incəsənət xadimlərinin, ədəbiyyatsevərlərin iştirakı gözlənilir.

Mərasimdə böyük ədibin çoxşaxəli yaradıcılığı ilə bağlı çıxışlar olacaq, ssenari yazdığı filmlərdən parçalar nümayiş etdiriləcək, incəsənət ustalarının iştirakı ilə konsert proqramı təqdim olunacaq.

Qeyd edək ki, prezident İlham Əliyev "Ənvər Məmmədxanlının 100 illik yubileyinin keçirilməsi haqqında" sərəncam imzalayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR