İki azyaşlı övladını boğaraq öldürən şəxsin şikayəti təmin olunmayıb

İki azyaşlı övladını boğaraq öldürən şəxsin şikayəti təmin olunmayıb
# 09 aprel 2013 12:58 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə – APA. Bu gün Ali Məhkəmədə iki azyaşlı övladını boğaraq öldürməkdə təqsirləndirilən Lerik rayon sakini Əmrah Xıdır oğlu Süleymanovun kassasiya şikayəti əsasında məhkəmə prosesi başa çatıb.


APA-nın məlumatına görə, prosesdə qərar elan olunub. Qərara əsasən, kassasiya şikayəti təmin olunmayıb. Əvvəlki instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb.

Qeyd edək ki, Lerik rayonunun Kürdəsər kənd sakini, 1976-cı il təvəllüdlü Əmrah Süleymanovun iki azyaşlı uşağı - 2 yaşlı Dilbər və 1 yaşlı Filizin meyitləri ötən il oktyabrın 22-də səhər saatlarında yataqlarında aşkarlanıb. Araşdırmalar zamanı uşaqların ataları tərəfindən boğularaq öldürüldüyü məlum olub. Ə. Süleymanov həbs olunub və barəsində Cinayət Məcəlləsinin 120.2.7 və 120.2.9-cu (qəsdən adamöldürmə) maddələri ilə cinayət işi açılıb.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə. Süleymanov 15 il müddətinə azadlıqdan məhrum edilib. Şirvan Apellyasiya Məhkəməsi isə hökmü qüvvədə saxlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR