PA əməkdaşı: “Adını din xadimi qoyan bir qrup şəxs özünü xaricdəki himayədarlarına göstərmək üçün təxribatlar törəmə çalışır”

PA əməkdaşı: “Adını din xadimi qoyan bir qrup şəxs özünü xaricdəki himayədarlarına göstərmək üçün təxribatlar törəmə çalışır”
# 12 aprel 2013 11:14 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu Prezident Administrasiyanın ictimai-siyasi şöbəsinin əməkdaşı Canpolad Musayev Şamaxıda Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş regional konfransda çıxışında bildirib: “Son zamanlar adını görkəmli ilahiyyatçı, din xadimi qoyan bir qrup şəxs özünü xaricdəki himayədarlarına göstərmək üçün təxribatlar törəmə çalışır. Bu təxribatların qarşısı qətiyyətlə alınır və alınacaq. Belə halların dövlətçilik üçün təhlükəyə çevrilməsinə, dini etiqad azadlığından sui-istifadə hallarına yol vermək olmaz. Bu kimi hallara qarşı dini icmalar da öz mövqelərini ortaya qoymalıdırlar”.

Konfransda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov isə deyib ki, Azərbaycan din sahəsində görülən işlərdə tolerantlığın qorunması sahəsində atılan addımlara görə din xadimləri adından prezident İlham Əliyevə təşəkkür ünvanlanmalıdır. Onun təklifi konfrans iştirakçıları tərəfindən dəstəklənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR