Roman Abramoviçin həbs olunduğu haqda xəbər təkzib edilib

Roman Abramoviçin həbs olunduğu haqda xəbər təkzib edilib
# 25 mart 2013 15:26 (UTC +04:00)

Bakı – APA. Məşhur rusiyalı iş adamı Roman Abramoviçin ABŞ-da həbs olunması barədə xəbər təsdiqini tapmayıb. APA-nın məlumatına görə, Rusiyanın RBK telekanalı R. Abramoviçin ABŞ-da Federal Təhqiqatlar Bürosunun (FBİ) əməkdaşları tərəfindən həbs olunduğu haqda xəbər yayıb. Xəbərdə bildirilib ki, həbs Abramoviçin biznesi və ya Boris Berezovskinin ölümü ilə əlaqədar ola bilər.

R. Abramoviçin mətbuat katibi Con Mann iş adamının ABŞ-da olduğunu təsdiqləsə də, onun həbsi barədə xəbəri təkzib edib. Federal Təhqiqatlar Bürosu da təkzib verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR