Çexiya Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik təklif edir

Çexiya Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik təklif edir
# 17 aprel 2013 13:31 (UTC +04:00)

Bakı. Mübariz Aslanov-APA. “Çexiya Ermənistan-Azərbaycan münaqişəsinin sülh yol ilə həllində iştirak etməyə hazırdır”. APA-nın məlumatına görə, bunu Bakıda səfərdə olan Çexiya Deputatlar Palatası Xarici əlaqələr komitəsinin sədr müavini Yan Hamaçek Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ilə keçirdiyi görüş zamanı bildirib. O bəyan edib ki, Çexiya Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi rolu oynamağı təklif edir: “Biz bu prosesdə iştirak etməyə hazırıq. Çexiya başa düşür ki, münaqişə Azərbaycan üçün böyük bir problemdir. Bu, çox mürəkkəb münaqişədir, ona görə də hazırkı “status kvo” yolverilməzdir. Artıq bu proses ölü nöqtədən tərpənməlidir”.

Komitənin sədr müavini Sevinc Fətəliyeva isə Çexiyanın Dağlıq Qarabağ məsələsində Azərbaycana dəstəyini yüksək qiymətləndirib: “Çexiya parlamentində Xocalı soyqırımı ilə bağlı qətnamənin qəbulu göstərir ki, Çexiya Azərbaycanladır və real vəziyyəti qəbul etməyə hazırdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR