Daşkəsən və Şamaxı sakinlərində silah aşkarlanıb

Daşkəsən və Şamaxı sakinlərində silah aşkarlanıb
# 26 avqust 2014 10:23 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Ötən gün Azərbaycanda iki nəfərdə silah aşkarlanıb.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Daşkəsən rayon sakini Xəqani Abdullayevin ölümü ilə əlaqədar avqustun 24-də Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılmış İman Hüseynovun evinə baxış zamanı oradan müvafiq sənədləri olmayan “Karabin” markalı nömrəsiz tüfəng aşkar edilərək götürülüb.

Şamaxı Rayon Polis Şöbəsinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində şəhər sakini Sübhan Ədilovdan müvafiq sənədləri olmayan “TOZ-34” markalı ov tüfəngi götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR