Danimarka 3 mlrd. dollara 27 ədəd “F-35” qırıcı təyyarəsi alacaq

Danimarka 3 mlrd. dollara 27 ədəd “F-35” qırıcı təyyarəsi alacaq
# 10 iyun 2016 04:37 (UTC +04:00)

Bakı-APA. Danimarka parlamenti 27 ədəd ABŞ istehsalı “F-35” tipli (Joint Strike Fighter ) beşinci nəsil qırıcı təyyarələrin alınmasına 3 mlrd. dolların ayrılmasını dəstəkləyib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə təyyarə istehsalçısı olan “Lockheed Martin” konsernindən bildirilib.

Şirkət Danimarkanın “F-35” qırıcı təyyarəsini sifariş etmiş sayca 11-ci ölkə olduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR