Əcnəbilərin Azərbaycanda magistratura səviyyəsi üzrə elmi tədqiqat müəssisələrində təhsil alması qaydası müəyyənləşib

Əcnəbilərin Azərbaycanda magistratura səviyyəsi üzrə elmi tədqiqat müəssisələrində təhsil alması qaydası müəyyənləşib
# 14 iyun 2016 22:58 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Nazirlər Kabineti “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları”na dəyişiklik edib.

APA-ın məlumatına görə, bu Qaydalar Azərbaycan vətəndaşlarının xarici ölkələrin təhsil müəssisələrində, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq təhsilin bütün pillə və səviyyələri üzrə Azərbaycan təhsil müəssisələrində, həmçinin ali təhsilin doktorantura səviyyəsi üzrə elmi tədqiqat müəssisələrində və tibb təhsilinin rezidentura səviyyəsi üzrə klinik bazalarında təhsil almasına dair ümumi tələbləri müəyyən edib.

Dəiyşikliyə əsasən bundan sonra bu Qaydalar doktorantura ilə bərabər əcnəbilərin magistratura səviyyəsi üzrə də elmi tədqiqat müəssisələrində təhsil almasına dair ümumi tələbləri müəyyən edəcək.

Qeyd edək ki, Qaydalara əsasən Azərbaycanda əcnəbilərin təhsil müəssisələrində əvvəlki təhsilinə uyğun gələn təhsil səviyyəsinə və ya əlavə təhsilin hər hansı istiqamətinə təhsil sahəsində Azərbaycan Respublikası ilə xarici ölkələr arasında bağlanılmış müqavilələrə uyğun müəyyənləşdirilmiş kvota, təhsil müəssisələrinin iştirak etdiyi beynəlxalq proqramlar, təhsil müəssisələri ilə xarici ölkələrin təhsil müəssisələri arasında bağlanılmış müqavilələr, təhsil müəssisəsinin hüquqi şəxslərlə birbaşa bağladığı müqavilələr, təhsil müəssisəsinin fiziki şəxslərlə birbaşa bağladığı müqavilələr, Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili müəssisələrinə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilən tələbə qəbulu müsabiqəsi əsasında qəbulu həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR