Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Zeynal Sadıqovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, Z. Sadıqov 10 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, bu il sentyabrın 6-da Bülbülə qəsəbəsində yerləşən qəbiristanlıqda Nazilə Əmrahova adlı qadının meyiti tapılıb. Həyata keçirilən araşdırmalar nəticəsində qətlə təqsirləndirilən Zeynal Sadıqov tutulub. O, ifadəsində N. Əmrahovanı borca görə qətlə yetirdiyini deyib.
Z. Sadıqov sabiq polis əməkdaşı olub.