Rusiya hökuməti sanksiyalar siyahısını yumşaldıb

Rusiya hökuməti sanksiyalar siyahısını yumşaldıb
# 20 avqust 2014 15:30 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə – APA. Rusiyaya qarşı sanksiya tətbiq etmiş dövlətlərdən gətirilməsi qadağan olunan ərzaq məhsulları siyahısına canlı balıq da əlavə olunub.

APA-nın İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Nazirlər Kabinetinin saytında bildirilib. Eyni zamanda qadağa siyahısından qızıl balıq və farelin yetişdirilməsi üçün istifadən olunan maddə, laktozsuz süd və süd məhsulları, kartof toxumları, şəkər çuğunduru və noxud, eləcə də bioloji aktiv əlavələr və vitaminlər çıxarılıb.

Qeyd edək ki, avqustun 15-də Rusiya Səhiyyə Nazirliyi dərman kimi qeydiyyatdan keçmiş bioloji aktiv əlavələr və vitaminlərin siyahısını hökumətə göndərərək onların idxalına qoyulmuş qadağanın götürülməsini xahiş etmişdi. Digər tərəfdən isə balıqçılıq sənayesinin inkişaf etdirilməsi üçün, vacib maddələrin idxalı bərpa olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR