Baş prokuror Hacıqabulda vətəndaşları qəbul edib - VİDEO

Baş prokuror Hacıqabulda vətəndaşları qəbul edib - <span style="color: red;">VİDEO
# 13 noyabr 2015 10:20 (UTC +04:00)

Hacıqabul. Əlibəy Zeynallı - APA. Baş prokuror Zakir Qaralov Hacıqabulda vətəndaşları qəbul edib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Hacıqabul rayon prokurorluğunun inzibati binasında keçirilən qəbulda Şirvan şəhəri, Hacıqabul, Sabirabad, Salyan və Saatlı rayonlarında yaşayan vətəndaşlar iştirak edib.

Baş prokuror tərəfindən 20-yə qədər vətəndaşın müraciəti, o cümlədən ərizə, şikayət və təklifləri dinlənilib.

Müraciətlərdə qaldırılan məsələlərin bir qismi yerində həll edilib, digər müraciətlərin araşdırılması və baxılması üçün prokurorluğun müvafiq struktur rəhbərlərinə tapşırıqlar verilib.

Prokurorluğun fəaliyyətinə aid olmayan müraciətlərin araşdırılması üçün aidiyyəti üzrə göndərilməsi təmin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR