Rumıniyanın sabiq prezidenti Moldova vətəndaşlığı alıb

Rumıniyanın sabiq prezidenti Moldova vətəndaşlığı alıb
# 10 iyun 2016 03:34 (UTC +04:00)

Bakı-APA. Moldova Rumıniyanın sabiq prezidenti Trayan Baseskuya iki tarixi müttəfiq arasında əlaqələrin möhkəmləndirilməsi işində xidmətlərinə görə ölkə vətəndaşlığı verib.

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, Moldova prezidentinin mətbuat katibi Anna Samson Trayan Basesku və onun həyat yoldaşı Mariyanın cari ilin martında vətəndaşlıq verilməsi ilə bağlı müraciət etdiklərini bildirib.

Qeyd edək ki, Trayan Basesku iki ölkənin birləşdirilməsinin fəal tərəfdarlarından biridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR