Azərbaycan prezidenti Slovakiya baş nazirinin müavini, xarici və Avropa işləri nazirini qəbul edib

Azərbaycan prezidenti Slovakiya baş nazirinin müavini, xarici və Avropa işləri nazirini qəbul edib
# 11 aprel 2013 13:48 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev aprelin 11-də Slovakiya baş nazirinin müavini, xarici və Avropa işləri naziri Miroslav Layçakın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

APA-nın məlumatına görə, dövlət başçısı İ. Əliyev Miroslav Layçakın Azərbaycana vaxtaşırı səfərlərini ölkələr arasında mövcud olan ikitərəfli münasibətlərin yaxşı göstəricisi kimi dəyərləndirib. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu məzunlarının Bakıda keçiriləcək I Ümumdünya Forumuna toxunan prezident tədbirin uğurlu olacağına və Forumun ənənəvi xarakter alacağına əminliyini bildirib.

Görüşdə Azərbaycanla Slovakiya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə daha da genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR