Cavid Hüseynov: "Qəbələ"ni hədəflərinə çatdıracağıq

Cavid Hüseynov: "Qəbələ"ni hədəflərinə çatdıracağıq
# 30 iyul 2014 07:45 (UTC +04:00)

Bakı-APA. “Hazırlıq prosesimiz yüksək səviyyədə keçdi. Deyərdim ki, komanda həm fiziki, həm taktiki, həm də psixoloji cəhətdən hazır duruma gəldi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin yarımmüdafiəçisi Cavid Hüseynov deyib.

Bu yay əyalət təmsilçisinə transfer olunan futbolçu Hollandiya toplanışı haqda fikirlərini açıqlayıb: “Gündəlik iki məşq etdik və güclü rəqiblərlə qarşılaşdıq. Yorğunluğumuz olsa da, məsuliyyətimizi dərk edərək məşqlərdə səylə çalışdıq. Bunun da faydasını çempionatda görəcəyik. Heyətdə yeni olsam da, komandaya tez uyğunlaşdım. İnanıram ki, gücümüzü birləşdirib "Qəbələ"ni hədəflərinə çatdıracağıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR