Son illər ərzində Azərbaycanda yüzlərlə tarixi abidə aşkar edilib

Son illər ərzində Azərbaycanda yüzlərlə tarixi abidə aşkar edilib
# 18 aprel 2013 11:39 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. “Azərbaycan tarixi abidələrin bərpası və tədqiqi sahəsində region ölkələri arasında öndədir”. APA-nın məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun direktor müavini Nəcəf Museyibli keçirdiyi mətbuat konfransında deyib.

N.Museyibli bildirib ki, Azərbaycan tarixi abidələrin bərpası və tədqiqi sahəsində region ölkələri arasında öndədir. Onun sözlərinə görə, ölkədə qeydə alınan tarixi abidələrin sayı 6000-dən çoxdur, son illər ərzində isə yüzlərlə abidə aşkar edilib.

İnstitutun direktor müavini qeyd edib ki, tarixi abidələrin aşkar edilməsi istiqamətində Yaponiya və Koreya arxeoloqları ilə əməkdaşlıq edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR