Azərbaycan prezidenti Mingəçevirin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər haqqında sərəncam imzalayıb

Azərbaycan prezidenti Mingəçevirin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər haqqında sərəncam imzalayıb
# 18 aprel 2013 16:12 (UTC +04:00)

APA-Economics”in məlumatına görə, bu məqsədilə Mingəçevir Şəhər İcra Hakimiyyətinə 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ilkin olaraq 5,0 (beş) milyon manat ayrılıb.

Azərbaycan prezidenti Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasının yenidən qurulması haqqında da sərəncam imzalayıb. Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasında əsaslı təmir və yenidənqurma işləri apararaq, onu çoxprofilli tibb müəssisəsinə çevirmək məqsədi ilə 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Səhiyyə Nazirliyinə ilkin olaraq 3,0 (üç) milyon manat ayrılıb.

Dövlət başçısının digər sərəncamı ilə Mingəçevir şəhəri ərazisində qırx min nəfərdən çox əhalinin istifadə etdiyi, ümumi uzunluğu 13 kilometr olan “Mingəçevir stansiyası”, “Mingəçevir kənd”, “Tərəvəzçilik” və “Çimərlik” yaşayış massivlərini şəhərin mərkəzi ilə birləşdirən avtomobil yollarının yenidən qurulması məqsədi ilə 2013-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitdən Mingəçevir Şəhər İcra Hakimiyyətinə 2,0 (iki) milyon manatı ayrılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR