Dövlət Komissiyası: Azad olunan azərbaycanlı qadın ruhi xəstəxanaya təhvil verilib

Dövlət Komissiyası: Azad olunan azərbaycanlı qadın ruhi xəstəxanaya təhvil verilib
# 10 iyun 2016 12:15 (UTC +04:00)

Bakı-APA. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası azərbaycanlı qadının qaytarılması ilə bağlı məlumat yayıb.

Komissiyadan APA-ya bildirilib ki, qurumun aidiyyəti beynəlxalq təşkilatlarla apardığı səmərəli danışıqlar nəticəsində 7 iyun 2016-cı il tarixdə Ermənistan Respublikasının ərazisində saxlanmış Azərbaycan vətəndaşı, Gədəbəy rayonu, Arabaçı kənd sakini 1977-ci il təvəllüdlü Ələkbərova Qətibə İbrahim qızı iyunun 10-da azad edilib. Sağlamlıq durumu nəzərə alınaraq, azad edildikdən sonra Qətibə Ələkbərova dispanser qeydiyyatında olduğu Qazax rayonlararası ruhi xəstəxanasına təhvil verilib.

İnsidentsiz başa çatan proses Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Müdafiə Nazirliyi tərəfindən, Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR