“Expressbank” “Mücrü” əmanət növünü təqdim edib

“Expressbank” “Mücrü” əmanət növünü təqdim edib
# 30 oktyabr 2014 08:03 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. “Expressbank”ın təqdim etdiyi “Mücrü” əmanəti 1,2,3 illik müddətə yerləşdirilə bilər, əmanətin maksimal illik faiz dərəcəsi 11% təşkil edir. Hesabı açmaq üçün minimal məbləğ 100 AZN/USD/EUR, əlavə olunan məbləğ isə minimum 50 AZN/USD/EUR olmalıdır.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, müştərilərinin istəyindən asılı olaraq faizlər aylıq və ya müddətin sonunda ödənilə bilər. Hesab sahiblərinə plastik kart hədiyyə olunur.

Bundan başqa “Mücrü” əmanətçiləri əmanətin 80%-dək məbləğində kredit və ya kredit xətti sifariş edə bilərlər. Kreditin faiz dərəcəsi əmanətin müqavilə üzrə faiz dərəcəsinə 4% əlavə olunaraq təyin olunur. Kredit müqaviləsinin müddəti əmanətin müddətinə görə müəyyən olunur.

Müştərilər “Mücrü” əmanət növü üzrə əmanətlərini həm bankın korporativ saytı, həm də “ExpressPay” ödəniş terminalları vasitəsilə istənilən vaxt artıra bilərlər.

“Expressbank”ın xidmət şəbəkəsi 17 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt şəhərlərində, 5-i isə ölkənin Gəncə, Mingəçevir, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomatı və 100-dək ExpressPay ödəniş terminalı var.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR