“Neftin adamı” sənədli filmi Finlandiyadan mükafatla qayıdıb - FOTO

“Neftin adamı” sənədli filmi Finlandiyadan mükafatla qayıdıb   - <span style="color: red;">FOTO
# 07 dekabr 2012 13:44 (UTC +04:00)

Bakı. Ülkər Rəşidqızı - APA. Rejissor Seyran Mahmudoğlunun “Neftin adamı” sənədli filmi Finlandiyada keçirilən “Wildlife Vassa International Nature Film Festival”da (Beynəlxalq Təbiət Filmləri Festivalı) ölkəmizi uğurla təmsil edib.

Rejissorun APA-ya verdiyi məlumata görə, Azərbaycanın ilk dəfə təmsil olunduğu bu festivalda 50-yə yaxın ölkədən - Almaniya, Böyük Britaniya, Yunanıstan, Fransa, Türkiyə, Çin, Rusiya, Braziliya və digər ölkələrdən 157 sənədli film iştirak edib. “Neftin adamı” sənədli filmi “Ostrobothnian Museum’s Artistic Awards” nominasiyasında “Terranova Special Mentions” (“Terranova adına Xüsusi Mükafat”) mükafatına layiq görülüb.

Festivalda iştirak edən filmin rejissoru Seyran Mahmudoğlu və ssenari müəllifi Esmira Əyyub neft haqqında çəkilən sənədli filmin maraqla qarşılandığını bildiriblər. Rejissor onu da bildirib ki, “Neftin adamı” qısametrajlı sənədli filmi bu ilin dekabr ayında ölkəmizi Hindistanda təşkil olunacaq “Third Eye Asian Film Festival”da (Üçüncü Göz Asiya Film Festivalı) təmsil edəcək.

Filmin prodüserləri Seyran Mahmudoğlu, Esmira Əyyub, rejissor Seyran Mahmudoğlu, ssenari müəllifi Esmira Əyyub, quruluşçu operator Əli Sultanov, Səs Elşən Aslanov, rəng tərtibatı İbrahim Kərim, post-prodakşn mərhələsində dizayner Kseniya Diadorovadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR