“Azərbaycan-Türkiyə əlaqələrinin inkişafında TRT-nin rolu” adlı dəyirmi masa keçirilib

“Azərbaycan-Türkiyə əlaqələrinin inkişafında TRT-nin rolu” adlı dəyirmi masa keçirilib
# 30 aprel 2013 14:03 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının (AJQA) təşkilatçılığı ilə “Azərbaycan-Türkiyə əlaqələrinin inkişafında TRT-nin rolu” adlı dəyirmi masa keçirilib.

APA-nın məlumatına görə, AJQA rəhbəri Sevil Yusifova çıxışında iki dövlət arasında əlaqələrin daha da güclənməsində TRT-nin rolundan danışıb. O bildirib ki, son iyirimi ildə Türkiyə-Azərbaycan əlaqələrində TRT-nin böyük rolu olub: “Bu telekanalda Azərbaycanın Qarabağ problemi, eyni zamanda tarixi, milli dəyərləri ilə bağlı proqramların yer almasının şahidi oluruq. Xocalı soyqırımının da yad edilməsi, bu istiqamətdə göstərilən kadrlar TRT-nin Azərbaycana olan diqqətinin göstəricisidir”.

TRT-nin baş direktoru İbrahim Şahin TRT-nin Azərbaycanla bağlı bundan sonra da bir çox layihələr gerçəkləşdirəcəyini vurğulayıb: “TRT özəl bir televiziya kanalı deyil. TRT-nin tərkibində bu gün 15 telekanal, 18 radio fəaliyyət göstərir. Azərbaycan TRT üçün çox önəmlidir. Azərbaycanla bağlı bir çox layihələrimiz var”.

Əlaqələrin bundan sonra da inkişaf edəcəyini vurğulayan İ. Şahin, hər iki dövlətin problemlərinin nümayişi istiqamətində Azərbaycan dövlətinin, cəmiyyətinin dəstəyinə ehtiyac olduğunu bildirib.

Sonda Xocalı faciəsi və Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırılması və bu sahədə gördüyü işlərə, Azərbaycan-Türkiyə əlaqələrinin inkişafında göstərdiyi xidmətlərə görə TRT baş direktoru İ. Şahin AJQA-nın xüsusi mükafatı olan “Media ulduzu” ilə təltif edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR