Rusiya NATO-nun şərqdə mövqelərinin gücləndirilməsi ilə əlaqədar tədbirlər görür

Rusiya NATO-nun şərqdə mövqelərinin gücləndirilməsi ilə əlaqədar tədbirlər görür
# 03 dekabr 2014 08:19 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın NATO-dakı daimi nümayəndəsi Aleksandr Qruşko deyib.

O qeyd edib ki, NATO alyansın dirçəlməsi üçün Ukraynadakı böhrandan istifadə edir.

“Bu ərazilərdə əlavə qüvvələr yerləşdirmək, hərbi təlimlərin miqyasını böyütmək üçün gerçək səbəblər yoxdur. NATO-nun məntiqi milli təhlükəsizlik maraqlarına deyil, daha çox alyansın öz maraqlarına əsaslanır”, - deyə o vurğulayıb.

A. Qruşko həmçinin qeyd edib ki, NATO-nun ən böyük səhvlərindən biri Rusiya ilə hərbi sahədə təmaslara son qoymaq idi. Onun sözlərinə görə, Rusiya-NATO əməkdaşlığı prosesini idarə edən bütün işçi qrupların fəaliyyəti dayandırılıb.

Bununla yanaşı A. Qruşko bildirib ki, alyans nümayəndələri ilə diplomatik kanallarla təmaslar qalmaqdadır: “Təmaslar qalsa da, iclaslar keçirilmir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR