Şəkidə 62 yaşlı sakini ilan sancıb

Şəkidə 62 yaşlı sakini ilan sancıb
# 08 iyun 2016 16:24 (UTC +04:00)

Şəki. Vüqar Heydərov - APA. Şəki rayonunda 62 yaşlı kişini ilan sancıb.

Şəki Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, bu gün saat 15.00 radələrində rayonun Qoxmuq kənd sakini, 1954-cü il təvəllüdlü Fərrux Rəcəb oğlu Səmədov xəstəxanaya daxil olub.

Məlum olub ki, 62 yaşlı F. Səmədov yaşadığı kəndin yaxınlığındakı dağlıq ərazidə işləyərkən ilan qəfildən onun sol qolunun bilək nahiyəsindən sancıb. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən F. Səmədova lazımı tibbi yardım göstərilib, ona ilan zəhəri əleyhinə zərdab vurulub.

F. Səmədovun vəziyyətinin orta-ağır olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR