SOCAR illik istehsal gücü 400 min ton olan yeni bitum qurğusu inşa edəcək

 SOCAR illik istehsal gücü 400 min ton olan yeni bitum qurğusu inşa edəcək
# 03 iyun 2015 13:52 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) illik istehsal gücü 400 min ton olan yeni bitum qurğusu inşa edəcək.

APA-Economics”in məlumatına görə, bunu bu gün Bakıda keçirilən Xəzər neft-qaz konfransında SOCAR prezidenti Rövnəq Abdullayev deyib.

Onun sözlərinə görə, bu qurğu Heydər Əliyev adına Neft Emalı Zavodunda quraşdırılacaq: “Bu bizə Azərbaycanda bituma olan daxili tələbatı ödəməyə imkan verəcək”.

O bildirib ki, “Azərneft” Neft Emalı Zavodunun demontajından sonra bitum istehsalı üzrə köhnə qurğu və ilkin emal üzrə digər qurğular satışa çıxarılacaq. İlkin mərhələdə yeni bitum, ildə 3 mln. ton gücü olan dizel yanacağı istehsal edən qurğunun, həmçinin katolitik krekinq üzrə qurğu və ELOU-AVT yenilənməsi nəzərdə tutulub”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR