Baş Prokurorluq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları barədə hökmdən apellyasiya protesti verib

Baş Prokurorluq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları barədə hökmdən apellyasiya protesti verib
# 14 fevral 2013 08:27 (UTC +04:00)

APA-nın məlumatına görə, protest əsasında Şirvan Apellyasiya Məhkəməsində ilkin baxış iclası keçirilib, məhkəmə baxışı isə martın 6-na təyin edilib.

Qeyd edək ki, Bariz Mehdizadə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sabirabad rayon şöbəsinin direktoru vəzifəsində işləyərkən həmin şöbənin bir sıra vəzifəli şəxsləri ilə qabaqcadan cinayət əlaqəsinə girib. Onlar həmin şöbədən müavinət almaq istəyən şəxslərin pullarını mənimsəyiblər. Bəzi vətəndaşlardan rüşvət alıblar. Bununla da təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2-ci (mənimsəmə və ya israf etmə), 311.3.1, 311.3.2, 311.3.3-cü (rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham ediliblər.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Bariz Mehdizadə 10 il, İsgəndər Nadirov 10 il, Əli Məmmədli 9 il 6 ay, Qəfər Əsgərov 9 il, Anar Muradov 8 il 6 ay, Hacı Rəhimov 9 il, Mehman Əsədov 8 il 6 ay, Mirələm Səmədov 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Həmzə Əkbərov isə 8 il 6 ay müddətinə şərti cəza alaraq məhkəmə zalından azadlığa buraxılıb.

Həmin hökmdən narazı qalan prokurorluq isə apellyasiya protesti verərək, cəzanın ağırlaşdırılmasını tələb edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR