Şantajda təqsirləndirilən təsisçi və redaktor müavininin məhkəməsi başlayıb

Şantajda təqsirləndirilən təsisçi və redaktor müavininin məhkəməsi başlayıb
# 02 noyabr 2015 11:49 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində şantajla məşğul olmaqda təqsirləndirilən Şahin Orucov və Cəlil Səmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Prosesdə bildirilib ki, Şahin Orucov “Kriminal və Bəşəriyyət” qəzetinin təsisçisi, Cəlil Səmədov isə “Korrupsiya və Qanun” qəzetinin baş redaktorunun müavinidir. Prosesdə məhkəmənin baxış iclası noyabrın 4-nə təyin edilib.

Şahin Orucov və Cəlil Səmədov Sumqayıt şəhəri ərazində yerləşən kafedə əxlaqsız yuvası təşkil olunduğunu öyrəniblər. Onlar həmin kafeyə gedərək, video görüntülər çəkiblər. Özlərini jurnalist kimi təqdim edərək, çəkilişləri yaymamaq qarşılığında 5 min manat pul tələb ediblər. Hər iki şəxs Cinayət Məcəlləsinin 182 (Hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə) maddəsi ilə ittiham olunurlar.

Təqsirləndirilən şəxslərin barəsində həbs-qətimkan tədbiri seçilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR