Göyçayda avtomobil 12 yaşlı velosipedçini vuraraq öldürüb

Göyçayda avtomobil 12 yaşlı velosipedçini vuraraq öldürüb
# 02 sentyabr 2015 12:30 (UTC +04:00)

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçayın Qarayazı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Qarayazı kənd sakini, 2003-cü il təvəllüdlü Xankişiyev Zaur Pərviz oğlu əmisi oğlu ilə birgə avtomobil yolunun kənarında velosipedlə hərəkətdə olarkən “Ford Tranzit” markalı sərnişin mikroavtobusunun qarşısına çıxıb və avtomobil velosipedi vurub. Hadisə zamanı ağır bədən xəsarətləri alan Zaur Xankişiyev çatdırıldığı Göyçay Mərkəzi Rayon Xəstəxanasında keçinib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR