Ağdamda sürücü sükan arxasında ölüb

Ağdamda sürücü sükan arxasında ölüb
# 23 dekabr 2014 09:41 (UTC +04:00)

Ağdam Rayon Polis Şöbəsindən APA-nın Qarabağ bürosuna verilən məlumata görə, rayon sakini, 1943-cü il təvəllüdlü Hüseynov Sevindik Qara oğlu sükan arxasında keçinib.

Nəticədə onun idarə etdiyi “VAZ 2106” markalı minik maşını əvvəlcə yoldan çıxaraq əkin sahəsinə girib. Yenidən avtomobil yoluna qayıdan “VAZ 2106” “Mercedes” markalı minik maşınına çırpılıb.

Nəticədə “VAZ-2106”-da olan 1990-cı il təvəllüdlü Həbibova Elnurə Tariyel qızı xəsarət alıb. Hadisə ani baş verdiyindən arxa oturacaqda oturan E. Həbibova nə baş verdiyini qəzadan sonra anlayıb.

E. Həbibova Ağdam Mərkəzi Rayon Xəstəxanasında ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR