Azərbaycanın altı rayonunun qaz təchizatı məhdudlaşdırılır

Azərbaycanın altı rayonunun qaz təchizatı məhdudlaşdırılır
# 17 oktyabr 2014 08:08 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün Azərbaycanın bir neçə rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, qaz nəqli sistemində və qaz təchizatı şəbəkəsində təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar bu gün saat 12:00-dək Lənkəran rayonunun bir hissəsinə, saat 11:00-dan 13:00-dək Sabunçu rayonunun bir hissəsinə, saat 14:00-dək Gəncə şəhərinin bir hissəsinə, saat 14:00-dan 16:00-dək Qaradağ rayonunun Lökbatan qəsəbəsinə, saat 17:00-dək Qazax rayonunun bir hissəsinə, saat 18:00-dək Sumqayıt şəhərinin və Yevlax rayonunun bir hissəsinə, işlər başa çatanadək isə Suraxanı rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR