Xaçmazda yanğın söndürülüb - YENİLƏNİB - VİDEO

Xaçmazda yanğın söndürülüb - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">VİDEO
# 27 avqust 2014 18:01 (UTC +04:00)

APA-nın şimal bürosunun verdiyi məlumata görə, rayonun İlxıçı Məmmədxanlı kəndi ərazisində təxminən 2 hektar ərazidə biçilmiş taxıl zəmisi, kol-kos yanıb. Yaşayış evləri yanğından mühafizə olunub.

Yanğının başvermə səbəbləri araşdırılır.

***

17:10

Xaçmaz. Vəli Turan - APA. Xaçmaz rayonunda yanğın başlayıb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, rayonun İlxıçı Məmmədxanlı kəndi ərazisində biçilmiş taxıl zəmisi, kol-kos yanır. Alovun söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Xaçmaz Dövlət Yanğından Mühafizə Hissəsinin (DYMH) yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub. Yanğın geniş əraziyə yayıldığından və yaşayış evlərinə yaxınlaşdığı üçün Quba və Şabran DYMH-nin texnikası və canlı qüvvəsi köməyə çağırılıb.

Güclü külək yanğının qarşısını almağa çətinliklər törədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR