Saatlıda avtomobil aşaraq yanıb, 2 nəfər xəsarət alıb - FOTO - VİDEO

Saatlıda avtomobil aşaraq yanıb, 2 nəfər xəsarət alıb - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 18 sentyabr 2015 10:35 (UTC +04:00)

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Sabirabad-Saatlı avtomagistralının 1-ci kilometrliyində Saatlı rayonunun Bəylik kənd sakini, 1986-cı il təvəllüdlü Tarverdiyev Natiq Məhəmməd oğlunun idarə etdiyi “VAZ 21011” markalı, 10 FE 094 dövlət nömrə-nişanlı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə avtomobil alışaraq yanıb. Avtomobilin sürücüsü və orada olan sərnişin, 1993-cü il təvəllüdlü Tarverdiyeva Aysel Ərşad qızı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, Saatlı rayon xəstəxanasına yerləşdirilib.

Yanğının söndürülməsinə cəlb olunan Saatlı Yanğından Mühafizə Xidmətinin avtomobili və canlı qüvvəsi yanan avtomobili söndürüb, ətrafda olan yaşıllıq yanğından mühafizə olunub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR