Keçmiş həyat yoldaşını öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub

 Keçmiş həyat yoldaşını öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub
# 27 avqust 2015 13:49 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Elşən Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə E. Mehdiyev 17 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Mehdiyev Elşən İlqar oğlu keçmiş həyat yoldaşı, Salmanova İntima Bandit qızını amansızlıqla qətlə yetirib. Məlumata görə, Elşən Mehdiyevlə İntima Salmanova bir müddət əvvəl boşanıblar və qadın atasının evinə gedib. Bir müddət sonra onlar görüşüb "Zığ bağları" massivindəki kimsəsiz evlərdən birinə gediblər. Orada Elşən Mehdiyev və İntima Salmanova arasında mübahisə yaranıb. Kişi keçmiş həyat yoldaşına bir neçə bıçaq zərbəsi vurub, öldüyünü düşünərək evi tərk edib. Lakin bir qədər sonra yaralı qadın da küçəyə çıxıb. İntima Salmanovanın ölmədiyini görən Elşən Mehdiyev geri qayıdıb və elə küçədəcə qadını boğub. Nəticədə 22 yaşlı qadın dünyasını dəyişib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR