Ukrayna, Rusiya və ATƏT nümayəndələri Minskdə Donbas separatçıları ilə görüşüblər

Ukrayna, Rusiya və ATƏT nümayəndələri Minskdə Donbas separatçıları ilə görüşüblər
# 01 avqust 2014 09:04 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə – APA. Belarus paytaxtı Minskdə Ukrayna, Rusiya və ATƏT nümayəndələrinin Donbas separatçıları ilə görüşü keçirilib.

APA-nın ATƏT-in rəsmi saytına istinadən verdiyi məlumata görə, görüş Ukrayna və Belarus prezidentlərinin təşəbbüsü ilə baş tutub.

Müzakirələrdə əsas diqqət Malayziya təyyarəsinin qəzasına yönəlib. Müşahidəçi və tədqiqatçıların qəzanın baş verdiyi əraziyə buraxılması müsbət irəliləyiş kimi qiymətləndirilib.

Görüşdə həmçinin beynəlxalq ekspertlərin təhlükəsizliyinin təminatı, habelə münaqişə zonasında girov götürülmüş şəxslərin taleyi müzakirə olunub. İlkin addım kimi girovların əksəriyyətinin azad olunması barədə razılıq əldə edilib.

Eyni zamanda ATƏT nümayəndələri atəşkəs təşəbbüsü ilə çıxış ediblər, Ukrayna-Rusiya sərhədində müşahidəçi missiyasının fəaliyyəti ilə bağlı müzakirələr aparılıb.

Bu formatda daha bir görüşün keçirilməsinə dair razılıq əldə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR