Dənizdə batma təhlükəsi ilə üzləşmiş 2 şəxs xilas olunub

Dənizdə batma təhlükəsi ilə üzləşmiş 2 şəxs xilas olunub
# 12 iyul 2014 17:37 (UTC +04:00)

Bakı-APA. Dənizdə batma təhlükəsi ilə üzləşmiş 2 şəxs xilas olunub. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Sabunçu rayonunda dənizdə batma təhlükəsi ilə üzləşmiş 1 nəfər FHN-in “Nərdaran-2” sularda xilasetmə məntəqəsinin xilasedicisi tərəfindən xilas olunub.

Bundan başqa, Sumqayıt şəhərində dənizdə batma təhlükəsi ilə üzləşmiş 1 nəfər FHN-in “Tağıyev” sularda xilasetmə məntəqəsinin xilasedicisi tərəfindən xilas olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR