Bakıda oğurluqda şübhəli bilinən şəxslər tutulub

Bakıda oğurluqda şübhəli bilinən şəxslər tutulub
# 04 noyabr 2015 08:06 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda oğurluqda şübhəli bilinən şəxslər tutulub.

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Binəqədi rayon 40-cı Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, noyabrın 2-də Beynəlxalq Avtovağzalda yerləşən Bakı şəhər sakini, Tural Mütəllimova məxsus mağazadan açıq qapıdan keçməklə 4 ədəd gödəkçə oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini, 1987-ci il təvəllüdlü Murad Qubatov saxlanılıb.

Yasamal rayon 28-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə martın 10-da Veysəl Allahverdiyevin evindən mobil telefon və digər əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Həmidağa Bayramov yaxalanıb.

Hər bir faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR