Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib
# 02 may 2015 09:34 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda baş verən yol-nəqliyyat hadisəsində piyada ölüb.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, mayın 1-də saat 09.00 radələrində Binəqədi rayonunun Aslanov küçəsində Gürcüstan vətəndaşı Fizuli Əhmədov idarə etdiyi “Geely” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Oruc Məmmədovu vurub.

Xəstəxanaya yerləşdirilən O.Məmmədov orada ölüb.

Binəqədi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR