Binəqədi Rayon İcra Hakimiyyətində “Vətəndaş cəmiyyəti və media əlaqələri” mövzusunda məlumat saatı keçirilib - FOTOSESSİYA

Binəqədi Rayon İcra Hakimiyyətində “Vətəndaş cəmiyyəti və media əlaqələri” mövzusunda məlumat saatı keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 18 sentyabr 2015 10:24 (UTC +04:00)

Bakı - APA. Binəqədi Rayon İcra Hakimiyyətində (RİH) “Vətəndaş cəmiyyəti və media əlaqələri” mövzusunda növbəti məlumat saatı keçirilib.

APA-nın məlumatına görə, məlumat saatında Binəqədi RİH başçısı Xaləddin İsgəndərov, icra başçısının müavini Aygün Əliyeva, APA-nın baş direktoru Nurşən Quliyev, “Lent.az” saytının redaktoru Səbuhi Məmmədli, aparatın şöbə müdirləri, rayon icra nümayəndələri, bələdiyyə sədrləri və aparatın əməkdaşları iştirak ediblər.

Tədbiri açıq elan edən Binəqədi RİH başçısının müavini Aygün Əliyeva vətəndaş cəmiyyətində medianın rolunun vurğulayaraq, ümummilli lider Heydər Əliyevin bu sahədə ictimai-siyasi düşüncə tərzini formalaşdıran, Azərbaycan xalqının milli kimliyini dünya xalqlarına nümayiş etdirə bilən medianın əsaslarını yaratdığını diqqətə çatdırıb.

A. Əliyeva prezident İlham Əliyevin son illər KİV-in inkişafı istiqamətində önəmli addımlar atdığını, bu siyasətin bu gün də uğurla davam etdiyini bildirib.

Sonra 10-17 sentyabr tarixlərində prezident İlham Əliyevin həyata keçirdiyi səfərlər, görüşlər, imzaladığı fərman və sərəncamlar haqqında ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rauf Həsənov məlumat verib.

Daha sonra APA-nın baş direktoru Nurşən Quliyev “Vətəndaş cəmiyyəti və media əlaqələri” mövzusunda geniş təqdimat etdi.

Çıxışlardan sonra məlumat saatı suallar ətrafında müzakirə ilə davam etdirilib.

Məlumat saatının sonunda çıxış edən Binəqədi RİH başçısı Xaləddin İsgəndərov mövzunun əhəmiyyətindən danışaraq son illərdə ölkə başçısının media sahəsinə xüsusi diqqətini vurğulayıb, qeyd edib ki, 2013-cü ildə prezident mətbuatla bağlı çox əhəmiyyətli addımlar atıb: "Bu, əvvəlki illərdə mətbuatla bağlı qəbul olunmuş qərarlara uyğun olaraq həyata keçirilən işlərin sistemli davam etdirilməsini bariz nümunəsidir. Xüsusilə jurnalistləri dövlət tərəfindən mənzillə təmin olunması ölkə başçısının media sahəsinə verdiyi diqqət və qayğının nəticəsidir".

APA İnformasiya Agentliyinin rolundan danışan X. İsgəndərov bundan sonrada belə mövzuların davamlı olacağını nəzərə çatdırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR