Ziya Məmmədov: “Gəncə, Horadiz və Quzanlıda yeni avtovağzallar inşa olunur”

Ziya Məmmədov: “Gəncə, Horadiz və Quzanlıda yeni avtovağzallar inşa olunur”
# 11 aprel 2015 08:57 (UTC +04:00)

Bakı. APA-Economics. “Azərbaycan Hava Yolları” QSC-nin marşrut şəbəkəsində reyslər üzrə istiqamətlərin sayı 33-ə çatdırılıb.

APA-Economics” xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi altında keçirilən Nazirlər Kabinetinin 2015-ci ilin I rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında nəqliyyat naziri Ziya Məmmədov bildirib.

Onun sözlərinə görə, hava nəqliyyatı sahəsində Bakıda yeni aerovağzal kompleksi istismara verildikdən sonra bütün beynəlxalq uçuşlar Heydər Əliyev Beynəlxalq Aeroportunun bu terminalından həyata keçirilir:“Hazırda yeni alınmış “Boeing-787” tipli hava gəmilərinin uzaq məsafəli marşrutlarda istismarına başlanılıb və mümkün yeni marşrutlar öyrənilir”.

Nazir həmçinin bildirib ki, avtomobil nəqliyyatı sahəsində daşımaların tənzimlənməsi, xidmət səviyyəsinin yüksəldilməsi, hərəkətin təhlükəsizliyinin təmin olunması üzrə davamlı tədbirlər həyata keçirilib: “Bu məqsədlə Bərdə, Ağsu, Gədəbəy, Qəbələ, Şamaxı, Xaçmaz, Quba, Yevlax, Daşkəsən, İsmayıllı və Goranboyda yeni avtovağzallar tikilib, Qusar, Oğuz, Xudat, Biləsuvar və Tovuz avtovağzalları yenidən qurulub. Hazırda Gəncə, Horadiz və Quzanlıda yeni avtovağzallar inşa olunur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR