Suriyada hərbi əməliyyat zamanı 300 terrorçu məhv edilib

Suriyada hərbi əməliyyat zamanı 300 terrorçu məhv edilib
# 20 avqust 2015 04:38 (UTC +04:00)

Bakı-APA. Suriya ordusu Xama əyalətində keçirdiyi irimiqyaslı hərbi əməliyyat zamanı müxtəlif qruplaşmaların üzvü olan 300-dən çox terrorçunu məhv edib. APA-nın məlumatına görə, bu barədə “RİA Novosti”yə hərbi mənbə bildirib.

“Ordu Xama əyalətinin şimalında döyüşən qruplaşmaların 300-350-dək üzvünü məhv edib. İrimiqyaslı hərbi əməliyyat nəticəsində 16 yaşayış məntəqəsi azad olunub. Əməliyyatın aktiv mərhələsi davam etdirilir, terrorçular geri çəkilir”, deyə mənbə bildirib.

Xama əyalətində hərbi əməliyyat avqustun 16-da başlayıb. Suriya ordusunun qarşısında qruplaşmaların nəzarətində olan yaşayış məntəqələrinin azad olunması vəzifəsi qoyulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR