Rusiya Müdafiə Nazirliyi: Rusiyanın hava zərbələri İŞİD sıralarında çaxnaşma yaradıb

Rusiya Müdafiə Nazirliyi: Rusiyanın hava zərbələri İŞİD sıralarında çaxnaşma yaradıb
# 07 oktyabr 2015 01:10 (UTC +04:00)

Bakı-APA. Rusiya federasiyası Müdafiə Nazirliyi Rusiyanın hava zərbələrinin İŞİD terror qruplaşmasının sıralarında çaxnaşma yaratdığını bildirib. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Müdafiə Nazirliyinin nümayəndəsi İqor Konaşenkov bildirib. Onun sözlərinə görə, silah-sursat anbarlarına və komanda məntəqələrinə endirilən zərbələr silahlılar arasında çaxnaşma yaradıb.

Qeyd edək ki, oktyabrın 6-da Rusiya təyyarələri İŞİD-in 12 obyektinə zərbələr endirib, onlarla terrorçu məhv edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR