Azərbaycanda pul kütləsi artıb

Azərbaycanda pul kütləsi artıb
# 08 sentyabr 2014 09:25 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycanda geniş mənada pul kütləsinin (M3 aqreqatı) həcmi 2014-cü ilin avqustun 1-nə 21 225,4 mln. manat təşkil edib ki, bu da 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 3 789,6 mln. manat və ya 21,7% çoxdur.

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, eyni zamanda bu ilin iyulunda geniş mənada pul kütləsi 656,2 mln. manat və ya 3,2% artıb.

Qeyd edək ki, M3 aqreqatın strukturuna banklardan kənarda nağd pullar, tələb olunanadək və müddətli əmanət və depozitlər daxildir.


Eyni zamanda manat pul kütləsi (M2 aqreqatı) illik müqayisədə 2 933,7 mln. manat və ya 20,2% artaraq avqustun 1-nə 17 438,1 mln. manata çatıb, iyul ayında isə 433 mln. manat və ya 2,5% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR