Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbula qayıdıb və hər kəsi meydanlara çağırıb - YENİLƏNİB

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbula qayıdıb və hər kəsi meydanlara çağırıb - <span style="color: red;">YENİLƏNİB
# 16 iyul 2016 03:03 (UTC +04:00)

Bakı-APA. Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan İstanbula gəlib.

APA-nın xəbərinə görə, o, bir daha xalqı meydanlara, hava limanlarına çağırıb.

O bildirib ki, bu çevirilişi hazırlayanlar "bunun hesabını çox-çox ağır ödəyəcəklər".

"Bir olacağıq, birlikdə olacağıq, birlikdə Türkiyə olacağıq" deyən prezident hadisə ilə bağlı detallı açıqlama verməyib.

***

04:18

Bakı-APA. Hərbi qiyam cəhdindən sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, İstanbula gəlmək üçün Dalaman Hava limanından “Gulfstream G450” tipli TC-ATA təyyarəsində havaya qalxıb.

APA-nın məlumatına görə, Türkiyə vaxtı ilə saat 01.43-də Dalamandan havaya qalxan təyyarə indiki dəqiqələrdə Biga yaxınlığında havada gözləməkdədir. Təyyarənin Atatürk Hava limanına enməsi üçün zəruri təhlükəsizlik tədbirlərinin görülməsi gözlənilir.

Digər tərəfdən, baş nazir Binəli Yıldırım Türkiyə hava məkanının uçuşa qapadıldığını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR