Vaqif Səmədoğlu İsrail Yazıçılar İttifaqları Federasiyasına üzv seçilib

Vaqif Səmədoğlu İsrail Yazıçılar İttifaqları Federasiyasına üzv seçilib
# 08 dekabr 2014 08:56 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Xalq şairi, hazırda İsraildə müalicə olunan Vaqif Səmədoğlu İsrail Yazıçılar İttifaqları Federasiyasının qərarı ilə bu qurumun sıralarına üzv qəbul edilib.

APA-nın “AzərTac”a istinadən verdiyi məlumata görə, İsrail Yazıçılar İttifaqları Federasiyasının üzvü, Azİz Assosiasiyasının Ağsaqqallar Şurasının sədri professor Mixail Aqarunov və beynəlxalq münasibətlər sahəsində ekspert, Hayfa Universitetinin doktorantı Arye Qut Vaqif Səmədoğluna baş çəkib, İsrail Yazıçılar İttifaqları Federasiyasının üzvlük biletini ona təntənəli şəraitdə təqdim ediblər.

Vaqif Səmədoğlu ona göstərilmiş diqqətə görə israilli həmkarlarına təşəkkürünü bildirib: “Bu gün mənim həyatımda çox əlamətdar və mühüm bir hadisə baş verib. Azərbaycan rəhbərliyinin səyi, ilk növbədə Azərbaycan prezidenti İlham Əliyevin dəstəyi sayəsində mən yenidən İsrail klinikasında müalicə olunur və bu xəstəliklə mübarizəni davam etdirirəm. Bu müddətdə İsrail mənim üçün ikinci Vətən olub. Burada həm israilli həmkarlarımla, həm də Azərbaycan diasporunun nümayəndələri ilə görüşmüşəm. Onlar məni və Nüşabə xanımı bir dəqiqə də diqqətsiz qoymurlar. Azərbaycan və yəhudi xalqları arasında əsrlər boyu dostluq və qardaşlıq münasibətləri olub. Mənim atam, şair Səməd Vurğun həmişə məhz Quba-Qusar zonasından Azərbaycan Ali Sovetinin deputatı seçilib. Bu gün Azərbaycan multikulturalizmi fenomeninin fəxri sayılan Qırmızı Qəsəbəyə atamla bərabər tez-tez gedirdim. İsrail Yazıçılar İttifaqları Federasiyasının üzvü kimi bir fakta görə çox fəxr edirəm ki, Azərbaycan ədəbiyyatının və poeziyasının beynəlxalq aləmdə populyarlaşması sərhədləri genişlənir. Mənə göstərilən şərəfə və Azərbaycan ədəbiyyatının nailiyyətlərinə verilən yüksək qiymətə görə israilli dostlarıma təşəkkür edirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR