Xaçmazda 82 hektar biçilmiş taxıl sahəsi yanıb - FOTOSESSİYA - VİDEO

Xaçmazda 82 hektar biçilmiş taxıl sahəsi yanıb - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 06 avqust 2015 19:22 (UTC +04:00)

Xaçmaz. Vəli Turan – APA. Bu gün Xaçmaz rayonunda yanğın hadisəsi qeydə alınıb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Tel kəndi ərazisində qeydə alınıb.

Yanğının söndürülməsinə Xaçmaz Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşını və canlı qüvvəsi ilə bərabər ətraf rayonlardan – Quba, Qusar, Şabran və Siyəzən rayonlarından yanğınsöndürənləri cəlb olunub. Yanğın ümumilikdə 82 hektar ərazini əhatə edib. 80 hektar ərazidə biçilmiş taxıl sahəsi və 2 hektar quru kol-kos yanıb. Yanğının daha geniş əraziyə yayılmasının qarşısı alınıb. Səhər saatlarında başlayan yanğın axşam saatlarında söndürülüb.

Yanğının başvermə səbəbləri məlum deyil.

Fakta bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR