"Nikoil Bank” məcmu kapitala olan minimal tələbi yerinə yetirmək üçün kredit cəlb edəcək

"Nikoil Bank” məcmu kapitala olan minimal tələbi yerinə yetirmək üçün kredit cəlb edəcək
# 10 aprel 2015 07:24 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Nikoil Bank”ın rəhbərliyi ilə bankın əsas səhmdarı arasında 5,7 mln. manat dəyərində subordinasiya olunmuş kredit cəlb etməklə bağlı razılıq əldə olunub.

Bankdan “APA-Economics”ə verilən xəbərə görə, bu, “Nikoil Bank”a ölkənin məzənnə siyasətinin dəyişməsi nəticəsində azalmış məcmu kapitalla bağlı normativ tələbi yerinə yetirməyə imkan verəcək.

Hal-hazırda bankın məcmu kapitalı 50,4 mln. manat təşkil edir. Növbəti 3 ay ərzində isə bu rəqəm 54,1 mln. manata çatacaq. Bu kredit banka həmçinin orta və kiçik biznesin kreditləşməsi və istehlakçı kreditlərinə olan marağı gücləndirəcək.

Qeyd edək ki, milli valyuta məzənnəsinin dəyişməsi nəticəsində “Nikol Bank”da “dollarla kredit alanlara maliyyə yardımı” aksiyası davam edir. Bu aksiya dollarla istehlak və biznes krediti götürən və götürdükləri kreditin ödəniş vaxtı 30 günü keçməyənlərə şamil edilir. Əgər müştəri yuxarı qeyd olunan tələblərə cavab verirsə, müştərinin müraciətindən sonra bank əlavə komissiya və digər ödənişlər olmadan onun qalan kreditinin müddətini 50%-ə qədər artırır ki, bu da öz növbəsində aylıq kredit ödənişinin azalmasına gətirib çıxarır. Bu mexanizm isə kredit üzrə aylıq ödənişin manat ekvivalentinin əvvəlki və aşağı səviyyədə saxlanmasına imkan verir. Aksiyanın əvvəlindən bu minvalla ümumi dəyəri 12 mln. manatdan çox 1850 kredit restrukturizasiya olunub. İstehlak kreditlərini manatla götürən dövlət müəssisələrində çalışanlara gəlincə, onlara da kreditin müddətinin uzadılması imkanı təklif olunur.

“Nikoil Bank”ın bütün bank məhsulları, aksiyaları və xüsusi təklifləri haqqında məlumatı (012) 981 qısa nömrəsinə zəng edərək almaq mümkündür.

Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı: https://www.facebook.com/bank.nikoil?ref=hl

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR