Qobustan Həbsxanasında bir neçə məhbus aclıq aksiyasına başlayıb

Qobustan Həbsxanasında bir neçə məhbus aclıq aksiyasına başlayıb
# 18 aprel 2013 15:48 (UTC +04:00)

Məhbus yaxınlarının APA-ya verdiyi məlumata görə, aclıq aksiyasına başlayanlar cinayət işlərinə yenidən baxılmasını, cəzalarının daha yüngül cəza ilə əvəz olunmasını tələb edirlər.

Məlumatda bu ilin fevral ayında ölüm cəzasının ləğv olunmasının 15 ilinin tamam olduğu, Azərbaycandakı ömürük cəzaya məhkum olunanların 15 ildən çox cəza çəkdikləri qeyd olunub.

Qeyd edək ki, bir müddət əvvəl ömürlük məhkum Əli Quliyevin adından Ombudsman Elmira Süleymanovaya, Milli Məclisin deputatı Əli Hüseynliyə, hüquq müdafiəçilərinə və kütləvi informasiya vasitələrinin nümayəndələrinə müraciət ünvanlanıb. Həmin müraciətdə də ömürlük azadlıqdan məhrum edilmiş məhkumların işinə yenidən baxılmalı olduğu bildirilib.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov isə bildirib ki, bu gün bir neçə məhkum aclıq aksiyasına başlaması barədə həbsxananın rəhbərliyinə müraciət edib: “Hər bir məhkumun aclıq aksiyası keçirmək hüquq var. Bu gün günorta Qobustan Həbsxanasında saxlanılan ömürlük həbs cəzasına məhkum olunan şəxslərdən bir neçəsi aclıq aksiyasına başlamaları barədə həbsxana rəisinə müraciət edib. Müraciət edən məhkumların hamısı aclıq aksiyasına başlamayıb. Onlar sadəcə müraciət ediblər. Əsas tələbləri də odur ki, onların işinə məhkəmələr tərəfindən yenidən baxılmalı, barələrində daha yüngül cəza təyin olunmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR